Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:51

Avropa Birliyində sağçılar sosialist və liberalları geridə qoydular


Fransada mərkəzçi solçu partiyalar səslərin daha çoxunu yığıblar
Fransada mərkəzçi solçu partiyalar səslərin daha çoxunu yığıblar
İqtisadi böhrana baxmayaraq, Avropa Birliyində mərkəzi sağçılar sosialist və liberalları geridə qoya bildilər.

Avropa Komissiyası adından nəticələrə cavab verən iqtisadiyyat məsələləri komissarı Jakin Almunia deyir ki, Avropa Birliyinin siyasi xarakteri bütöv səsvermədən görünür:

«Məncə, nəticələr göstərir ki, Avropa Parlamenti eyni tərkibli olacaq. Siyasi qrupların paylanması oxşar olacaq. Avropada müxtəlif siyasi ailələr bir-birinə uyğunlaşacaq».

ŞƏRQİ AVROPA SEÇİCİLƏRİ DAHA ÇAŞQIN TƏSİR BAĞIŞLADILAR

Almaniya, Fransa və İtaliyada mərkəzçi solçu partiyalar səslərin daha çoxunu yığdılar. İspaniyada isə indi müxalifətdə olan Xalq Partiyası hakimiyyətdə olan sosialistləri qabaqladılar. Bu ölkələrin hamısında qloballaşma və genişlənmə ilə bağlı qorxu hökm sürürdü. Onlar immiqrasiya və cinayətkarlıqdan ehtiyat edirdilər.

Böyük müsəlman azlığına malik Niderlandda və Avstriyada sağçı partiyalar bu qorxudan faydalana bildilər və xeyli səs yığdılar. Parlament üzvlərinə ödənişlə bağlı qalmaqal yaşayan Britaniyada isə immiqrasiya əleyhinə olan Britaniya Milli Partiyası uğur əldə etdi.

Avropa parlament seçkilərində ikinci dəfə iştirak edən Şərqi Avropaya gəlincə isə, burada seçicilər daha çaşqın təsir bağışladılar. İqtisadi böhranın daha çox çətinlik qarşısında qoyduğu Estoniya, Latviya, Litva, Macarıstan, Rumıniya və Bolqarıstan partiyalarını sanki cəzalandırmaq istəyirdilər.

Seçkidə olan 43 faiz iştirak rəqəmi kifayət qədər aşağı göstəricidir. Özü də 1979-cu il Avropa Parlamenti yaranandan bu yana olan aşağı göstərici. Bu cür pisləşən göstərici də Avropa Birliyinin seçicilərin qəlbini ələ ala bilməməsinin göstəricisidir.

Avropa Komissiyasının artıq öz vəzifəsindən gedən strategiya üzrə vitse-prezidenti Marqot Valstrem nəticələrdən təəssüfləndiyini deyir:

AVROPA BİRLİYİNİN VAHİD SİYASİ ARENASI YOXDUR

«Seçkidə iştirak bizi bir xeyli məyus etdi və bu, xüsusilə də seçiciləri səfərbər etmək üçün kampaniyaya sərmayə qoyan Avropa Parlamenti üçün məyusedici olmalıdır. Məncə, bu, qismən onun nəticəsidir ki, aparılan debatlar daha çox daxili olub. Belə ki, digər üzv ölkələrdə milli maraqlar müzakirələrdə daha üstün olub. Məncə, biz bu müzakirəni daha çox Avropa siyasi müzakirəsinə çevirməliyik».

Bütün bunlara nail olmaq üçün də Valstremin xələfi onun kimi iki böyük maneə ilə qarşılaşacaq. Birincisi odur ki, Avropa Birliyindən olan seçicilər Avropa Parlamentini elə də böyük qüvvəyə malik qurum hesab etmirlər. Baxmayaraq ki, milli qanunvericiliyin 80 faizi Avropa Parlamentindən keçir və o daha çox bazar standartları, istehlakçı haqları və ətraf mühit normaları ilə məşğuldur. Xarici siyasət, vətəndaş cəmiyyəti, immiqrasiya siyasəti Avropa Birliyinin 27 ölkəsinin yurisdiksiyasından kənarda qalır.

Daha sonrakı problem isə odur ki, Avropa Birliyinin vahid siyasi arenası yoxdur. Burada 23 rəsmi dil var, real Avropa Birliyi üçün yayılmış media yoxdur və seçki kampaniyası daha çox hər ölkənin öz daxilində qalır, ondan kənara çıxmır.

Avropa Parlamentinə qarşı irəli sürülən digər bir ittiham da odur ki, bu qurumun 736 deputatından hamısı olmasa da, bir çoxu ilk fürsətdə milli maraqlara xidmət etməyə yönələcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG