Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

Şimali Koreya ABŞ jurnalistlərinə 12 il iş kəsdi


Şimali Koreya məhkəməsi ABŞ-dan olan iki qadın jurnalistə 12 il azadlıqdan məhrum etmə hökmü çıxardıb. Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə jurnalistlər «ciddi cinayət» törətməkdə və sərhədi qanunsuz olaraq keçməkdə ittiham olunurlar. Lakin jurnalsitlərin dəqiq olaraq hansı maddə üzrə günahkar bilindiyi haqqında məlumat verilməyib.

ABŞ mediası üçün işləyən, əslən koreyalı olan olan jurnalistlər martda Çinin Şimali Koreya ilə sərhəd ərasizində Şimali Koreya ilə bağlı material hazırlayarkən saxlanıblar.

ABŞ dövlət katibi Hulari Klinotn iyunun 7-i deyib ki, jurnalislərə qarşı mühakimə əsassızdır və onlar azad olunmalıdır.
XS
SM
MD
LG