Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:21

Atlandik okeanında daha 3 sərnişinin cəsədi tapılıb


Braziliyanın hərbi dəniz donanması Atlantik okeanında qəzaya düşmüş təyyarədəki sərnişinlərdən daha 3-nün cəsədini tapıb.

İndiyədək cəmi 5 sərnişinin cəsədi aşkar edilib.

Hazırda axtarış əməliyyatları davam edir.

Ötən bazar ertəsi qəzaya düşmüş təyyarədə 228 adam olub.

Air France şirkətinə məxsus təyyarə Braziliyadan Fransaya uçurmuş.

Fransa qara yeşiyin tapılması üçün hadisə yerinə sualtı qayıq göndərib.

Fransalı mütəxəssislər deyir ki, göyə qalxdıqdan 4 saat sonra təyyarənin sistemində nasazlıq yaranıb.
XS
SM
MD
LG