Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:50

Vaşinqton Şimali Koreyanı yenidən qara siyahıya sala bilər


Birləşmiş Ştatlar Şimali Koreyanın terorçuluğu himayə edən ölkələr siyahısına qaytarılmasına baxır.

Bunu ABŞ dövlət katibi Hillari Klinton ABC televiziyasına müsahibəsində deyib.

Hillari Klinton həmçinin BMT-nin təhlükəsizlik şurasından Pxenyana qarşı sərt sanksiyalar gözlədiyini deyib.

Vaşinqton Şimali Koreyanın nüvə proqramıyla bağlı çoxtərəfli danışıqları canlandırmaq üçün 2008-ci ilin oktyabrında onu qara siyahıdan çıxarmışdı.

Pxenyanın bu yaxınlarda nüvə sınağı keçirməsi vəziyyəti yenidən gərginləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG