Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

İraqda ABŞ vətəndaşının ölümünə görə 5 amerikalı saxlanıb


İraqda müqaviləylə işləyən bir amerikalının ölümüylə bağlı 5 Amerika vətəndaşı həbs olunub.

Kiçik tikinti şirkətində çalışan Cim Kitterman ötən ay Bağdadda maşınında ölü tapılıb.

Onun ölənəcən döyüldüyü bildirilir.

Əgər saxlanan şəxslərə qarşı rəsmi ittiham irıli sürülsə onlar İraqda mühakimə olunacaq ilk Amerika vətəndaşları olacaq.

Bu ilin yanvarında qüvvəyə minmiş yeni razılaşmaya görə İraqda müqaviləylə işləyən amerikalılar İraq qanunlarına tabedir.


Günün bütün mövzuları

XS
SM
MD
LG