Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:33

Peruda yerli hindilərlə polis arasında toqquşma olub


Perunun Amazonas əyalətində komendant saatı tətbiq olunub, yerli polis gücləndirilmiş iş rejiminə keçib.

Buna səbəb əyalətdə yerli hindilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşma olub.

Ölü sayıyla bağlı müxtəlif məlumatlar verilir.

Rəsmilər deyir ki, bu toqquşmalarda azı 22 polis və 9 etirazçı ölüb.

Etirazçılar isə deyir ki, polislə toqquşmalarda 30 yerli sakin ölüb.

Qarşıdurmaya səbəb hökumətin xarici şirkətlərin bu ərazilərdə neft və qaz çıxarmasına icazə verməsi olub.
XS
SM
MD
LG