Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Livanda parlament seçkiləri keçirilir


Livanda parlament seçkiləri keçirilir.

Əsas mübarizə Birləşmiş Ştatların dəstəklədiyi sünni siyasətçi Saad əl Həririnin rəhbərlik etdiyi kolaisiyayla İran və Suriyanın dəstəklədiyi şiə qrupu
Hizbullah arasında olacaq.

Hizbullahın tərəfini bir neçə kiçik xristian partiyaları da saxlayır.

Rəy sorğuları göstərir ki, Hizbullah seçkilərdə kiçik üstünlüklə qalib gələ bilər.

Livan qanunlarına görə 128 yerlik parlament müsəlman və xristian icmaları arasında yarı bölünür.

Hər iki tərəfdəki yerlər isə seçkinin nəticələrinə uyğun bölünür.

Seçkini 200-ə yaxın beynəlxalq müşahidəçi izləyir.

Təhlükəsizliyin təmin edilməsinə 50 minə yaxın qüvvə cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG