Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:01

Berluskoninin qalmaqalına Çexiyanın sabiq Baş naziri də qatılır


Berluskoni onun villasından çəkilən fotoların dərc olunmasına bütün səlahiyyət gücü ilə müqavimət göstərib

Berluskoni onun villasından çəkilən fotoların dərc olunmasına bütün səlahiyyət gücü ilə müqavimət göstərib

İtaliyanın Baş naziri Silvio Berluskoni ətrafında gedən qalmaqal yeni mərhələyə qədəm qoyur.

Məsələyə Çexiyanın sabiq Baş naziri Mirek Topolanek də cəlb olunub.

Cümə günü Avropa mətbuatında Berluskonin Sardiniya adasındakı villasından çəkilən fotolar dərc olundu. Bu fotolar villa sakinlərinin lüt gəzdiklərini göstərirdi və yeni il gecəsi fotoqraf Antonelli Zappadu tərəfindən çəkilib.

ÇILPAQ ADAM ÇEXİYANIN SABİQ BAŞ NAZİRİDİR

Cümə günü Topolanek etitaf edib ki, yeni il axşamı Berluskoninin villasında qonaq olub və qalmaqal yaradan fotolardakı geyimsiz adamlardan biri odur.

Çex mediasına verdiyi açıqlamada Topolanek deyir ki, fotolar saxtalaşdırılıb. Çexiyanın sabiq Baş naziri bunu Avropa parlamentinə seçkilərlə bağlı rəqib tərəfi olan «Avropa sisialistlərinin» qarayaxma cəhdləri kimi qələmə verir, saxtakarlığın miqyasından heyrətə gəldiyini deyir.

«Mən ağlıma da gətirməzdim ki, sosialistlər Avropa seçkilərini bu qədər ciddi qəbul edib həqiqəti təhrif etməkdən belə çəkinməzlər»,- deyə Topolanek «Mlada fronta Dnes» qəzetinə bildirib.

Onun sözlərinə görə, məzuniyyətini ailəsi ilə birlikdə İtaliyada keçirib, bu zaman həmçinin Berluskoninin də qonağı olub.

«MƏGƏR SƏN ÖZÜN PALTARDA DUŞ QƏBUL EDİRSƏN?»

Bir sıra qəzetlərin səhifələrini dolaşan fotolarda hovuz kənarında bir qrup çılpaq adamın görüntüləri var. Fotolardan birində Topolanekin də şəkli var. Berluskoni özü bu şəkilləri təmkinlə qarşılayır, deyir ki, burada utanmalı bir şey yoxdur. Onun villasındakı qonaqların niyə çılpaq gəzdiyini soruşan RAİ radiosunun jurnalistinə isə belə cavab verir:

- Məgər sən özün əynində pencək və qalstuk duş qəbul edirsən? Bu adamlar qonaqlar üçün nəzərdə tutulan şəxsi bir evdədirlər, hovuzda çimirlər.

MƏŞUQƏ, YOXSA DOSTUNUN QIZI?

Berluskoni ətrafındakı son qalmaqalın əsasında Noemi Letizia adlı 18 yaşlı fotomodel qız durur. Baş nazirin bu gənc qıza qarşı laqeyd olmaması haqda iddialar ara vermir.

Berluskoni bu iddiaları qətiyyətlə rədd edərək bildirir ki, Letizia cəmi-cümlətani onun yaxın dostunun qızıdır. Etiraf edir ki, bu qızın ad günü məclisində iştirak edib, amma onun atasının dostu qismində. Baş nazir dəfələrlə bəyan edib ki, əgər bu qıza olan hər hansı başqa münasibətini kimsə sübut edə bilsə, dərhal istefa verməyə hazırdır.

BERLUSKONİ FOTOLARIN DƏRC OLUNMASINI ƏNGƏLLƏMƏK İSTƏYİB

Berluskoni onun villasından çəkilən fotoların dərc olunmasına bütün səlahiyyət gücü ilə müqavimət göstərib. Şəxsən Roma prokuroruna göstəriş verib ki, Zappadunun fotoları müsadirə olunsun. Buna baxmayaraq, fotolar mətbuata yol tapıb və ilk dəfə İspaniyanın «El-pais» qəzetində dərc olunan bu sensiasion gorüntülər bir göz qırpımında dünya mediası şəbəkəsində yayılıb.

Berluskoninin villasındakı toplantıda onun «cəmi-cümlətani dostumun qızı» kimi qələmə veridyi Noemi Letizia da iştirak edib.

QALMAQALI DAHA DA QIZIŞDIRAN AÇIQLAMALAR

Letizianın açıqlamaları da qalmaqalı daha da qızışdırır. Fotomodel qız Berluskoni ilə münasibətlərinə aydınlıq gətrmək üçün verdiyi müsahibədə deyir ki, Baş nazir ona briliyant daş-qaş hədiyyə edir.

Noemi Letizianın vaxtilə məhəbbət əlaqəsində olduğu oğlan, Gino Flaminio Sardinia adasında keçirilən şənliklə bağlı maraqlı açıqlamalr verib. İtaliyanın «La Republica» qəzetinə verdiyi müsahibəsində o həmin axşamı belə təsvir edir:

- Mən Noeminin mobil telefonuna nə qədər zəng etsəm də, o, telefonu götürmürdü. Belə olanda, mən onun həmçinin həmin məclisdə iştirak edən rəfiqəsi Robertoya telefon etdim. Rəfiqəsi cavab verdi ki, Noemi məşğuldur.

Flaminionun sözlərinə görə, Noemi Sardiniyadan evinə Berluskoninin şəxsi təyyarəsində qayıdıb. Deyir ki, həmin məclisdən sonra Noemi tamam dəyişib, nəticədə münasibətlərinə son qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG