Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

Hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir


Iyunun 7-dən başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS pressə verilən məlumata görə, hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında nisbətən mülayimləşəcək. Gecə 15-17, gündüz 21-24 dərəcə isti qeydə alınacaq.

Azərbaycanın rayonlarında yağıntıların arabir intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 8-11, gündüz 15-19 dərəcə isti olacaq.
XS
SM
MD
LG