Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

Azərbaycan-Uels yığmaları axşam saat 8-də qarşılaşacaq


İyunun 6-da axşam saat 8-də Tofiq Bəhramov adına stadionda Azərbaycan və Uels yığmaları qarşılaşacaq. Oyun dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bildirib ki, oyunla əlaqədar stadionun ətrafında nəqliyyatın hərəkəti günorta saatlarından başlayaraq oyun bitənəcən məhdudlaşdırılacaq.

Sonuncu dəfə Azərbaycan-Uels yığmaları bir il əvvəl görüşüb, oyun 0-1 Uelsin xeyrinə başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG