Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Barak Obamanın xarici səfəri Fransayla yekunlaşır


ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq və Avropa səfəri bu gün Fransayla yekunlaşır.

Barak Obama müttəfiq qüvvələrin Fransanın şimalına girməsinin 65 illiyiylə bağlı mərasimdə iştirak edəcək.

ABŞ, Britaniya, Kanada və digər müttəfiqlər Nasis qüvvələrini Qərbi Avropadan çıxarmaq və 2-ci dünya müharibəsinə son qoymaq üçün 1944-cü il iyunun 4-də Normandiyaya qüvvələr yeritdilər.

Barak Obama bundan əvvəl Almaniya və Yaxın Şərqdə olub.

O Misirin paytaxtı Qahirədə çıxış edərkən Müsəlman dünyasıyla yeni əlaqələrə çağırıb.
XS
SM
MD
LG