Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:26

Goranboyun kəndlərini sel basıb


Tərtər çayı daşıb
«Goranboyda sel nəticəsində 320-dən çox ev dağılıb. 15 kənd, yəni rayonun təxminən 45 faizi işıqsız qalıb».

Bu barədə Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ceyhun Həsənov məlumat verib.

İyunun 6-sı gecə Goranboya yağan güclü yağış nəticəsində Tərtər çayı daşıb.

«Sel nəticəsində ən çox ziyan rayonun Qızılhacılı kəndinə dəyib. 5 işıq transformatoru ildırım vurması nəticəsində sıradan çıxıb. Sel həmçinin Qaraçay və Goran çaylarının sahili boyunca yerləşən yaşayış məntəqələrindəki bağlara, biçənəklərə, suvarma sistemlərinə, o cümlədən təsərrüfatlara da ciddi ziyan vurub».

C.Həsənov deyir ki, sel rayonun Zeylə kəndində iki maşını və taxta piyada körpüsünü yararsız vəziyyətə salıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG