Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:47

"Separatçıları tanı və 500 milyon dollar borc al"


Belorusun prezidenti Aleksandr Lukaşenko deyir ki, bu, Moskvanın ondan tələbidir.

Lukaşenko Rusiya mətbuatına verdiyi müsahibəsində bildirir ki, ona belə bir şərt deyiblər: “Cənubi Osetiya və Abxaziyaya əl uzatsan, 500 milyon dollar pul alacaqsan”.

O, bu iddialarını Rusiyadan borc alınmasına dair ötən həftə aparılan danışıqlar uöursuz olandan sonra səsləndirib.

Ötən il Gürcüstanla qısamüddətli müharibədən sonra Rusiya həmin separatçı bölgələri dövlət kimi tanıyıb.

Rusiyanın baş naziri Vladimir Putinin sözçüsü Lukaşenkonun iddialarını rədd edib.
XS
SM
MD
LG