Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Ombudsmanın ikinci dəfə bu posta təyin edilə bilməsinin qanuniləşdirilməsində sizin istəyiniz var idi?

- Mən tam səmimi deyirəm ki, mənə bu haqda heç bir təklif olunmayıb. Və istək dedikdə, bu gün hələ ki, qanun, baxmayaraq ki, 2-ci dəfə seçilməyə qadağa qoyur, amma ombudsmanın fəaliyyətinin davam etməsinə qadağa qoymur. Ona görə mənim belə bir fikrim var idi ki, əgər kimsə bu vəzifəni tutarsa, həvəslə ona necə deyərlər, bütün bu vəzifələri tapşırardım. Amma indi vəziyyət belədir ki, hələ rəsmi bir təklif almamışam. Və bu dövlət təsisatıdır. Sadəcə, qalxıb kabinetdən çıxmaq da düzgün deyil. Çünki bunun maliyyə və sair məsələləri var ki, onlara ombudsman özü cavabdehdir.

- İnsan haqları müvəkkilinin ikinci dəfə bu postda qala bilməsi imkanı əldə etməsini digər müvəkkil olmaq istəyənlərin hüququnun pozuntusu kimi dəyərləndirmək olar?

- Bilirsiniz, cürbəcür mülahizələr, cürbəcür söz oynatmaq olar. Amma mən bu haqda bir söz eşitməmişəm. Bəlkə siz deyəsiniz kimin hüququ pozuldu?

- Ombudsman olmaq istəyənlərin?

- Kimdir olmaq istəyənlər?

- Ümumiyyətlə.

- Ümumiyyətlə ilə olmur axı. Gərək konkret deyəsiniz ki, bax mən bilirəm ki, bu adam olmaq istəyir, siz onun hüququnu pozursunuz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG