Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Top 10: 30 may– 5 iyun


Oxucularımızın son bir həftədə yazdıqlarında ən çox toxunulan mövzu deyəsən, rüşvətxorluq idi. Onlar nədən yazırlar, yazsınlar, yenə problem gəlir dirənir rüşvətə, korrupsiyaya.

Oxucularımız onun da izahını veriblər ki, (özü də Afrikanın özündən) niyə korrupsiyada Afrika ölkələrinin adı pisliyə çıxıb, halbuki orda rüşvət Azərbaycandan çox deyil.

1. Azərbaycanda rüşvətsiz iş görə bilirsinizmi? (Forum)

Kimdən: İşsiz Haradan: Bakı 04.06.2009 18:19

Tutaq ki, rüşvətsiz işə düzəldik amma bu hökümətin idarələrində işləməyə dəyərmi???
Rüşvət, yaltaqlıq, geydirmə tədbirlərdə ayaq sürtmək, işini haqsiz hallarda itirmək təhlükəsi,
qədimi kompyuterdə SOLİTAİRE oyunu....
DƏYƏRMİ???


Kimdən: Uncle Sam Haradan: USA 04.06.2009 11:52

Evveller ish vardi, amma korrupsiya yox idi. Indi ise korrupsiya var, ish yoxdur



2. Ancaq qadınlar üçün. Bu yazını kişilərin oxuması məsləhət görülmür

Kimdən: Fuad Haradan: UAE 01.06.2009 15:47

Menim etirazim var "AZADLIQ"a.Demokratiyadi, kim neyi isteyir, oxuyur!!



3. İsa Qəmbər «Hakimiyyətə gəlmək başlıca məqsədimiz deyil»

Kimdən: Rufat 03.06.2009 00:02

burda muxalifeti tenqid edenlere deyirem. sene hec omrunde polis dubinkasi deyib??
gece seni eve gedende vehsicesine doyubler?? isgence veribler??
o hemin isa qemberdir ki, 1993 de parlamentde heyder eliyevin uzune dedei ki, senin siyasetini gormekdense turmede yatmaq ondan yaxsidir. ve derhal da isa beyi hebs etdiler.
burdakilarin beziler oz arvadlarina soz demeye bele qorxurlar



4. Növbəti prezident KİM olacaq ?!

Kimdən: Ramil Haradan: Baki 03.06.2009 02:05

Analoqu olmayan Azərbaycan iqtidarının ataloqu Koreya imiş.


5. Yeni avtobusların alınmasında korrupsiya izləri

Kimdən: oxucu Haradan: baki 04.06.2009 21:35

Siz abtobuslarin gətirilməsindən deyirsiniz.Təxminən 2002 çi ildə H.Əlievin şəklini (50Sm x 70Sm) 160000 manata satirdilar.Bütün idarələri almaga məçbur edirdilər.Kecmiş Aeroport bazarinda həmin şəkili 11000 manata (texminen 2,2 USD-Red.) satirdilar.Ançax həmin şəkilin qiyməti(yüksək keyfiyətlisi)İstanbulda 0.22 USD idi


6. «Generallara niyə bəs soyuq dəymir?»

Kimdən: Qafqazli 30.05.2009 23:27

Bizde hec ne ictimayetden gizledilmir, sadece bele hadiselernen maraqlanan ictimayet demek olarki yoxdur.


7. Qlobal Korrupsiya Barometri

Kimdən: xaliq Haradan: afrika 03.06.2009 16:54

salam. men indi hal-hazirda Liberiyada yashiyiram. Amma demezdim ki, Liberiyadaki rushvetxorluq Azerbaycandakindan coxdur.
Mesele ondadir ki, Liberiyada yashyanlar daha azaddirlar ve eger rushvet verirlerse, deyirler,
amma Azerbaycanda o qeder qorxu var ki, hetta rushvet verdiklerini de demeye qorxanlar var.
Mence ferq ondandir.



8. Prezidentə məktub yetişmədi...

Kimdən: Aysu Haradan: BAkı 02.06.2009 10:52

Eh prezidentin işi-gücü qutarıb saytına gelen şikayetlere baxsın Allah bilir heç xəbəri yoxdu ki belə bir sayt mövcuddur.


Kimdən: SeyxNesrulla Haradan: Taxtaligoy 31.05.2009 14:24

Olkede qanunlar ishlese vetendashlar ilk once mehkemelere shikayet ederdi amma bizde eliyevlere shikayet edirler,men shikayetci olsam bir-basha Eliyev.H-rin mezarina gedib ona shikayet edecem


9. «Rejimə qarşı çıxan müxalifət liderlərini edam edirlər» (Rahat Əliyevlə müsahibə)

Kimdən: s 02.06.2009 16:35

Nazarbayevdədir günah ki buna qız verib )

Kimdən: Kamal Haradan: ŞƏKİ 03.06.2009 12:05

Tipik yeznədir ki, var.


10. Miqrantların qeydiyyat problemi…

Kimdən: az Haradan: SherefsizlerDoganMemleket 03.06.2009 21:09

yoldasim rusiya vetendasidir, 1 illik registraciya etdik,ama 300 manat cerime vermeli oldug,dedilerki yarim ildi bakidasiz ama geydiyyata dusmemisiz(qeydiyata dusmemeyimin sebebi 100 manat rusvet istemeleri oldu)

Kimdən: kamal Haradan: BAKI- 05.06.2009 02:10

hormetli az eger burani nezerde tutursunuzsa,bu memleketde insan normal dogulur,sherefsizlik sonradan emele gelir(mecburi)

Şərhləri göstər

XS
SM
MD
LG