Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:14

Ukraynanın Müdafiə naziri istefaya göndərildi


Ukraynan Parlamenti müdafiə naziri Yuri Yexanurovu istefaya göndərib. O, prezident Viktor Yuşenkonun ən yaxın müttəfiqlərindən sayılırdı. Bir qədər əvvəl Baş nazir Yuliya Timoşenko Müdafiə Nazirliyini korrupsiyada ittiham etmişdi. Nazir ittihamları rədd edir.

Parlamentdəki Timoşenko bloku və Regionlar partiyası həmçinin prezidentin parlamentdə seçilməsi üçün Konstitusiya dəyişikliyi hazırlayır. Prezident Viktor Yuşenko bunu Konstitusiya çevrilişi adlandırıb:

- Bu faktiki olaraq konstutusiya çevrilişi, Ukrayna demokratiyasına hücumdur. Bu vəziyyət qanunsuzluğa gətirib çıxara bilər. Mən xəbərdarlıq edirəm: prezidentin yanında olun. Biz bu hoqqabazlara imkan verə bilmərik ki, ölkəni başqalarının diktəsi ilə idarə etsinlər.

Bugünkü istefa qərarı ilə Timoşenkonun hökumətində Müdafiə, Maliyyə və Xarici İşlər nazirləri olmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG