Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23
Qalatasaray klubu yeni məşqçisi hollandiyalı Frank Raykaard oldu. Qalatasaray Klubunun rəsmi internet saytından verilən məlumata görə, Raykaardla iyunun 5-də, İstanbulda 2 illik müqavilə imzalanacaq. Raykaardın assitenti isə, Barselona klubunda da birgə çalışdığı hollandiyalı Johan Neeskens olacaq.

Uğrusuz mövsümdən sonra təcrübəli məşqçi

2009/2010 mövzümünə məşqçi vəzifəsində almaniyalı Mixael Skibbe ilə başlayan Qalatasaray, fevral ayında klubun keçmiş oyunçusu Bülənt Korkmazı vəzifəyə gətirmişdi. Amma Qalatasaray UEFA kubokunun ¼ finalında mübarizəni dayandırandan və Türkiyə Superliqasında da ancaq 5-ci ola bildiyindən klub yeni məşqçi arayışlarına başlamışdı.

Frank Raykaard kimdir?


Oyunçu kimi Raykaard yarımmüdafiədə oynayıb, Ayax və Milan klublarındakı karyerası uğurlu olub. 1988-ci ildə Avropa Çempionu olan Hollandiya milli komandasının da önəmli oyunçularından olub.

Məşqçi Raykaard

Raykaard heç bir məşqçi təcrübəsi olmamasına baxmayaraq 2000-ci ilin Avropa Çempionatına hazırlaşan Hollandiyanın baş m.əşqçisi təyin edildi. Həmin turnirdə Hollandiya gözəl oyun nümayiş etdirsə də, yarımfinalda İtaliya səddini keçə bilməmişdi.

2001/2002 mövsümündə Holandiya Çempionatında Sparta Rotterdamı çalışdırıb.

Bugünkü Barselonanın təməlini qoyan məşqçi

2003-cü ildə isə 41 yaşlı Raykaard Barselonanın baş mşşqçisi təyin olunur. İlk mövsümündə Barselona İspaniya Çempionatında ancaq ikinci olur, sonra isə Çempionluğu əldə edir. 2005/2006 mövsümündə Raykaardla Barselona Çempionlar Liqasının qalibi olub. 2008-ci il mövsümünün sonunda Barselonadan istefa verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG