Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:41

Qurultay qalmaqalla başladı


Sabir Rüstəmxanlı jurnalistlərə tədbirin yaxşı təşkil edilmədiyini bildirib

Sabir Rüstəmxanlı jurnalistlərə tədbirin yaxşı təşkil edilmədiyini bildirib

Xalq şairi Sabir Rüstəmxanlı dövlət himnin səsləndirilməməsinə etirazını bildirərək Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayını yarımçıq tərk edib

İyunun 5-də Opera və Balet Teatrında Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı başlayıb.

Bu, 1992-ci ildən fəaliyyət göstərən icmanın ilk qurultayıdır.

Qurultayı Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açıb. O bildirib ki, 350 nümayəndədən 344 nəfəri qurultayda iştirak edir.

Ancaq qurultayın açılışı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının etirazı ilə yadda qalıb. Deputat açılış mərasimində dövlət himninin səsləndirilməməsinə etirazını bildirib. S.Rüstəmxanlı deyib ki, bu Qarabağın işğalından sonra ilk qurultaydır, buna görə dövlət himni səslənməli və müharibə həlak olanların xatirəsi yad edilməli idi. Bunu dedikdən sonra xalq şairi qurultayı tərk edib.

O, jurnalistlərə tədbirin yaxşı təşkil edilmədiyini bildirib.

Daha sonra çıxış edən professor Kamal Abdulla S.Rüstəmxanlının belə münasibətini düzgün saymadığını deyib.

Qurultay təşkilatı məsələlərə baxacaq, nizamnamə dəyişikliyi ediləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG