Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

Ali məktəblərə qəbul imtahanlarının vaxtı elan olundu


Azərbaycanın ali məktəblərinə bakalavr pilləsi üzrə ilk qəbul imtahanı iyulun 5-də keçiriləcək. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 5-də keçirilən mətbuat konfransında bildirib.

Birinci ixtisas qrupu üzrə imtahan iyulun 12-də, 2-ci qrup iyulun 24-də, 3-cü qrup iyulun 5-də və 4-cü ixtisas qrupu üzrə imtahan iyulun 18-də keçiriləcək.

Ali və orta məktəblərin qəbul imtahanlarında iştirak etmək üçün bu il 114 274 abituriyent elektron ərizəni doldurub.

Abituriyentlərin çoxu 1-ci ixtisas qrupuna, daha sonra 3-cü qrupa sənəd veriblər.

Bu il Azərbaycanın ali məktəblərinə 149 ixtisas üzrə qəbul keçiriləcək.

Orta məktəblərin rus bölməsindən olan abituriyentlər iyulun 21-də Azərbaycan dilindən imtahan verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG