Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:51

Obamanın çıxışını Yeni Siyasətin startı adlandırırlar


Obamanın çıxışına reaksiyalar gəlməkdədir.
Fələstin lideri Mahmud Abbasın sözçüsü Nabil Rdayna bu çıxışı Yaxın Şərqdə yeni Amerika siyasətinin yaxşı startı və birinci addımı adlandırıb.

Həmasın sözçüsü Favzi Barhum Amerika prezidentinin çıxışını ehtiyatla bəyənib, deyib ki, sözlərin ardınca hərəkət gəlməlidir.

BMT-nin baş katibi Ban Ki Mun bəyanat verib ki, bu çıxış mədəniyyətlərlə bölünənlər arasında körpü
salır. Ban Ki Mun ümid edir ki, Obamanın mesajı Birləşmiş Ştatlarla İslam dünyası arasındakı münasibətlərin yeni fəslini açacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG