Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Avropa Parlamenti nədir?


Hollandiya -- Azadlıq üçün ifrat sağçı partiyanın lideri Qirt Vilders Avropa Parlamenti üçün keçirilən seçkidə səs verir, Haaqa, 4 iyun 2009

Hollandiya -- Azadlıq üçün ifrat sağçı partiyanın lideri Qirt Vilders Avropa Parlamenti üçün keçirilən seçkidə səs verir, Haaqa, 4 iyun 2009

Sual: Parlamentə kim seçir və seçki nə zamandır?

Cavab: Avropa Birliyinə üzv olan ölkələrdən 375 milyon adam seçmək hüququna malikdir. Seçki iyunun 4-də Britaniyadan və Hollandiyadan başlamaqla dörd gün davam edəcək. Səsvermə gizlidir. Bütün ölkələrdə səsvermə bitməyənə qədər heç bir ölkə özündə keçirilən seçkinin nəticələrini elan edə bilməz.


Sual: Kim seçiləcək?

Cavab: seçicilər beş illiyə 736 parlament üzvü seçəcəklər. Hər ölkə əhalisinin sayına uyğun sayda nümayəndə seçir.

Birlikdə əhalisinin sayı ən çox olan Almaniyanın Parlamentdə 99 yeri var.

Britaniya, Fransa və İtaliyanın isə hərəsinə 72 yer düşür. Ən az əhalisi olan Malta bu parlamentdə beş nəfərlə təmsil olunur.


Sual: Avropa Parlamenti nədir?

Cavab: Parlament Avropa Birliyinin üç vacib qurumundan biridir və Birlik ölkələri xalqlarının maraqlarını müdafiə edir. Birliyin o biri vacib qurumları Avropa Birliyinin Şurası və Avropa Komissiyasıdır.

Avropa Parlamenti 1952-ci ildə qurulub. İclasları Brüsseldə və Strasburqda keçirilir. 1979-cu ilə qədər onun üzvlərini dövlətlər təyin edirdi. Həmin il verilən qərarla üzvlər birbaşa seçkilərdə seçilirlər.


Sual: Avropa Parlamenti nə iş görür?

Cavab: Parlamentin üç vacib funksiyası var – Avropa qanunlarını elan etmək, Avropa qurumlarına demokratik nəzarət etmək və Şura ilə birlikdə büdcəyə dair qərarlar vermək.

Parlament öz səlahiyyətlərini Şura ilə bölüşür. Qərarların əksəriyyəti birlikdə verilir.

Parlament həm də Avropa Komissiyasının üzvləri barədə təkliflərə baxır, onları təsdiq edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG