Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

Pənah Hüseyn 4 iyun haqda kitab yazmaq istəyir


Pənah Hüseyn
Pənah Hüseyn
Keçmiş baş nazir Pənah Hüseyn 1993-cü il iyunun 4-də baş verənlər, onun nəticələri haqda kitab yazmaq istəyir. Amma o vaxtkı sənədlər toplusu Hərbi Prokurorluğun arxivində saxlandığından istəyi hələ ki, baş tutmayıb. Bu haqda o özü «İşdən sonra»ya deyib. Onu bu addımı atmağa vadar edən həmin dövrlə bağlı araşdırmaların olmamasıdır:

«4 iyun hadisələrinin nəticələrinə görə, o zamankı hakimiyyətdə olanlar məsuliyyət daşıyır. Şübhəsiz olanlara görə, həm mənəvi, həm siyasi, həm hüquqi borcumuz var. Çünki dövlətə rəhbərlik edirdik. Borcumuz vətəndaşlarımızı qorumaq idi. Bunu bacarmadıq. Heç şübhəsiz bu məsuliyyətdən yaxa qaçırmaq, boyun qaçırmaq olmaz, bu, özü mənəviyyatsızlıq olar».

Pənah Hüseynin qənaətincə, həmin vaxt xaricdən və daxildən olan təxribatların qarşısını almaq üçün yetərincə imkanlar varıydı:

«Bu imkanlardan istifadə etmədiksə, onun qarşısını almadıqsa, bu, həmin hökumətdə olanların, həmçinin Pənah Hüseynin təqsiriydi. Mən hesab edirəm ki, daha qətiyyətli və cəsarətli olmalıydıq. Özünü qoruya bilməyən hökumət xalqı da, dövləti də qoruya bilməz. Bu fikirdə böyük həqiqət var. İlk gündən hüquqa söykənərək demokratik prinsipləri qorumaq lazımıydı. Gəldiyim qənaət budur ki, biz qətiyyətlə qanunun gücündən, hakimiyyətin verdiyi imkanlardan istifadə edə bilmədik».
XS
SM
MD
LG