Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

İlham Əliyevlə Serj Sarkisyan görüşüblər


Bu gün Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri görüşüblər. Görüşdə Minsk qrupu həmsədrləri də iştirak edib.
Görüşün təfərrüatları haqda məlumat verilmir.

Görüşdən qabaq Rusiya prezidenti Dmitri Medvedevin köməkçisi Sergey Prixodko «İnterfaks» agentliyinə demişdi ki, bu görüşdə Dağlıq Qarabağ məsələsi üzrə yeni razılaşmanın əldə olunması gözlənilmir və belə məqsəd qoyulmur da. Onun sözlərinə görə, müzakirəyə konkret təkliflər çıxarılmır. Yalnız ümumi söhbət olacaq.

Medvedevin sözçüsü Natalya Timakova isə deyib ki, “dialoqun davam etməsinin özü əhəmiyyətli faktdır.
O fakt da əhəmiyyətlidir ki, tərəflər Rusiuyanın vasitəçi rolunu qəbul etdiklərini göstərirlər”.

Azərbaycan və Ermənistan prezidentləri Sankt Peterburqa 13-cü iqtisadi forumda iştirak etmək üçün gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG