Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:06

Obama Qahirədə müsəlman dünyasına müraciət eləyib- Əsas tezislər


Obama deyib ki, “ABŞ İranla münasibətlərdə qabağa addım atmağa hazırlaşır ki, İranla öz arasındakı on illərlə davam edən inamsızlığı aradan qaldırsın”.

O deyib ki, nüvə proqramı ətrafında İranla qarşıdurma həlledici məqama çatıb, ancaq İranın dinc nüvəyə ixtiyarı var, əgər beynəlxalq müqavilələrə əməl etsə.

ABŞ prezidenti deyir ki, İsrail-Fələstin münaqişəsində tərəflər öhdəliklərə əməl eləməlidir.

Fələstin tərəfi zorakılığı pisləməlidir, Həmas İsrailin mövcudluq haqqını tanımalıdır.
İsrail isə İordan çayının qərb sahilində məskunlaşmanı dayandırmalıdır.

Obama deyir ki, Amerikanın İsraillə münasibətləri qırılmazdır, ancaq Fələstin xalqının vəziyyəti də dözülməzdir.

“İraqdakı hadisələr Amerikaya xatırlatdı ki, problemləri həll etmək üçün diplomatiyadan istifadə olunmalıdır və qarşılıqlı razılıq olmalıdır”.
XS
SM
MD
LG