Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:31

Kojeni qalmaqalı yenidən qızışır


Məhkəmə işinin rəsmi adı ABŞ-Kojeniyə qarşı, 05-cr-00518, ABŞ dairə məhkəməsi, Nyu-York (Manhattan) Cənub dairəsi gedir
Məhkəmə işinin rəsmi adı ABŞ-Kojeniyə qarşı, 05-cr-00518, ABŞ dairə məhkəməsi, Nyu-York (Manhattan) Cənub dairəsi gedir
2 İyun (Blumberq): Konnektikutlu biznesmen Frederik Börkün Azərbaycandakı neft biznesinə qoyduğu investisiyaları müzakirə etdiyini əks etdirən kaset rüşvətə dair keçirilən məhkəmədə əsas sənəd kimi ortaya çıxıb.

Börkün məhkəməsi iyunun 2-də Nyu-Yorkda keçirilən federal məhkəmədə başlanır. O, Mərkəzi Asiyada yerləşən Azərbaycanın rəhbərlərinə 1998-ci ildə boşa çıxmış biznes sövdələşməsi üçün rüşvət ödəməkdə ittiham olunur. İttihamçılar deyirlər ki, Qrinviçdə yaşayan Börk Çexiyadan olan Viktor Kojeninin fırıldağına qoşulub ki, o vaxtkı prezident Heydər Əliyevə və başqa dövlət rəsmilərinə rüşvət verib dövlətə mənsub neft şirkətini satın alsınlar. Nə Kojeni, nə də Azərbaycan rəhbərləri məhkəmədə deyillər.

Açılış nitqlərində ittiham və müdafiə tərəfinin vəkilləri eyni audio-yazıya istinad edərək onu öz xeyirlərinə yozublar. Bu kaset ittiham tərəfinə Börkün vəkilləri tərəfindən təqdim olunub və həmin kasetdə Börk, Dik Fridman və onun vəkilləri arasındakı söhbət yazılıb. Orada Börkün belə bir narahatlığı da yer alıb ki, Kojeni Azərbaycan rəhbərlərinə rüşvət verir.

«Önəmli audio-yazı» göstərəcək ki, Börkün verilən rüşvət haqqında bilgisi var idi, amma o yenə də 8 millyon dollarlıq yatırım etməkdə qərarlı olub, deyə Ədliyyə Departamentinin hüquqşünası Robertson Park məhkəmənin andlılar heyətinə müraciət edib.

«BÖRKÜN GÜNAHSIZLIĞI»

Müdafiə tərəfinin vəkili Saskia Cordan deyir ki, «həmin kaset cənab Börkün günahsızlığını sübut etmək üçün ən yaxşı sübutdur». O qeyd edir ki, o göstərəcək ki, Börk Kojeni barədə narahatlıqlarını öz hüquqşünasları ilə bölüşüb ki, qanunu pozmadığından əmin olsun.

63 yaşlı Börk 350 milyon dollarlıq sövdələşmədə Kojeni ilə cinayətkar işbirliyinə girərək Azərbaycan rəhbərlərinə rüşvət verəib ARDNŞ kimi tanınan dövlət neft şirkətini almağa cəhd etməkdə ittiham olunur. Pul yumaq və rüşvət verməyə cəhd etmək ittihamları ilə məhkum olunacağı təqdirdə onu 30 illik həbs gözləyir.

Digər investorlar sırasına Börkün dostu, keçmiş ABŞ senatoru Corc Mitçel, Omeqa Məsləhətçiləri İnvestisiya Fondu, Amerika Beynəlxalq Qrupu MMC Sığorta şirkəti və GE İnvestisiya Korporasiyası da daxildirlər.

Azərbaycan ARDNŞ-ı satmayaraq o və başqa investisiyaları da məhv elədi.

Park andlılara Kojeninin respublikanın «ən vacib mülkiyyəti olan» ARDNŞ-ı çox ucuz qiymətə almaq niyyəti ilə «cürətkar fırıldağa» baş vurduğunu qeyd etdi. Robertson Park deyir ki, Tom Farrel adlı amerikalı ilə işləyən Kojeni Azərbaycan rəhbərlərinə nağd pulla milyonlarla dollar təklif edib və söz verib ki, onların ARDNŞ-ı satmaq vədi vermələri müqabilində bu əməliyyatdan əldə edəcəyi pulun üçdə iki hissəsini onlara verəcək. O deyir ki, Azərbaycan rəhbərlərinin ARDNŞ-dakı gizli maraqları yəqin ki, milyardlarla dollar olub.

Dooney&Bourke əl çantaları istehsal edən şirkətinin əsasını qoyanlardan biri olan Börk Koloradonun Aspen şəhərində onun qonşusu olan Kojeni ilə dostlaşıb və 1997-ci ildə Kojeninin dəvəti ilə onun şəxsi təyyarəsində dünya səyahətinə çıxıb. Park deyir ki, Azərbaycana baş çəkdikdən sonra Börk Kojeninin rüşvət fırıldağından xəbərdar olub və ona qoşulmaq qərarına gəlib.

NEFT İYİ

Park deyir ki, «onlar neftin iyini havadan hiss edirdilər və onu yol kənarlarında toplandığını görürdülər».

Park deyir ki, növbəti aylar ərzində Börk Kojeniyə kömək edir ki, Mitçeli işə qoşsun, digər investorlarla Azərbaycana gedir, Azərbaycan rəsmilərinə Nyu-Yorkda müalicə almağa kömək edir, Kojeniyə aid şirkətlərin idarə heyətinə daxil olur. Azərbaycanlılar ARDNŞ-ı satmaqdan imtina edəndə Börk Kojeninin köməkçilərindən soruşur ki, onların müdirləri ölkə rəhbərlərinə lazımi qədər pul verirmi, Park deyir.

Börkdən danışan Park qeyd edir ki, «o həddi aşdığını bilirdi». «Bu adam canfəşanlıqla kriminal bir işə girişmişdi».

Öz giriş çıxışında Cordan Parkın təsvir etdiyi «başayaqlığa» hücum edir. O deyir ki, Kojeni onun layihəsinə sadəlövhcəsinə qoşulan Börkdən – Ford ailəsi üzvlərinin birindən təzəcə boşanmış bir şəxsdən 8 milyon dolları oğurlayıb, necə ki, bu işə qoşulan başqa investorlardan da 100 milyon dollar oğurlayıb.

«USTA FIRILDAQÇI»

Kojenini «Usta fırıldaqçı adlandıran» Cordan deyir ki, Börke Kojeni əleyhinə ştat və federal ittihamçılar qarşısında sübutlar gətirərək öz «hüquqşünas-müştəri» hüququ üstünlüyündən imtina edərək onlara imkan vermişdir ki, onun hüquqşünasları ilə danışsınlar.

O deyir ki, hökumətin istifadə etdiyi iki şahid – Farrel və Kojeninin hüquqşünası Hans Bodmer Börk haqqında yalan ifadələr verirlər ki, onların özlərinə, günahlarını boyunlarına aldıqdan sonra daha yüngül cəza verilsin.

Cordan deyir ki, «bu işdə oğrular öz qurbanlarına qarşı çıxırlar». «İttiham tərəfi dünyanı baş-ayaq çevirəcək».

Farrel və Bodmerin hər ikisi öz günahlarını artıq boyunlarına alıblar və ittiham tərəfi ilə əməkdaşlıq edirlər ki, onlarla daha yumşaq davranılsın.

Cordan həmçinin deyir ki, Börk bilirdi ki, Azərbaycan prezidentinin ARDNŞ sövdələşməsində payı var, amma ona demişdilər ki, o onun payını almaq üçün pul ödəyəcək.

Məhkəmə sənədlərinə görə, Kojenin söhbətini əks etdirən vacib audio-yazıda eşitmək olar ki, Börk deyir ki, o öyrənib ki, Kojeni «ya maliyyə naziri, ya da bu və ya başqa nazir ilə bağlı məsələləri həll edib».

«UZAQDAN-UZAĞA»

«Sizə elə gəlir ki, dünyanın bu hissəsində biznesi uzaqdan-uzağa edirlər?» deyə Börk, məhkəmə sənədlərinə əsasən soruşur.

Məhkəmə işi ABŞ qanunvericiliyində əksini tapmış Xaricdə Korrupsioner Əməllər Aktı əsasında qaldırılıb. Bu qanun biznesi qazanmaq üçün xarici rəsmilərə rüşvət verməyi qeyri-qanuni elan edir. Məhkəmənin altı həftə davam edəcəyi gözlənilir. Bu gün məhkəmədə yeddi kişi və beş qadından ibarət andlılar heyəti əyləşmişdi.

Məhkəmə işinin rəsmi adı ABŞ-Kojeniyə qarşı, 05-cr-00518, ABŞ dairə məhkəməsi, Nyu-York (Manhattan) Cənub dairəsi gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG