Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

Arabul hazırda Dövlət Sərhəd Xidmətində saxlanılır


İyunun 3-də «Barmek» prezidenti Hüseyn Arabul Gürcüstana keçmək istəyərkən həbs olunub

İyunun 3-də «Barmek» prezidenti Hüseyn Arabul Gürcüstana keçmək istəyərkən həbs olunub

Türkiyəli iş adamı Hüseyn Arabul Bakıda – Dövlət Sərhəd Xidmətində saxlanılır. Onun vəkili Abbas Atakişi «Azadlıq» radiosuna bildirib ki, hazırda Hüseyn Arabula qarşı cinayət işinin açılıb-açılmaması məsələsi müzakirə olunur.

Onun sözlərinə görə gün ərzində Hüseyn Arabulla bağlı hüquq mühafizə orqanlarının hansı qərarı qəbul edəcəyi aydınlaşaq.

«Barmek-Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. O iyunun 3-də Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri saxlayıblar.

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin rəhbəri Hüseyn Arabul və altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilib.

Məhkəmə «Barmek» prezidenti Hüseyn Arabula 5 il şərti cəza verib. İş üzrə təqsirləndirilən digər şəxslərin isə cəza müddətləri başa çatdığından azadlığa buraxılıblar.

«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG