Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

«İranın daxili işlərimizə qarışmağa haqqı yoxdur»


«İranla münasibətlərimiz bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə arxalanır»

«İranla münasibətlərimiz bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə arxalanır»

«İranı Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox soydaşımızı qaçqın salan Ermənistanla strateji tərəfdaşlıq edir. Bu, müsəlmançılığa, dünya qanunlarına, humanitar fəaliyyətə ziddir. Lakin bununla bağlı heç bir bəyanat verməmişik, sadəcə fikir bildirmişik. İranın Azərbaycanın hansısa dövlətlə əlaqələr qurmasına münasibət bildirməyə haqqı yoxdur».

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında belə deyir.

İran tərəfi İsrail prezidenti Şimon Peresin iyunun axırlarında Azərbaycana gözlənilən səfərinin iki ölkə arasında münasibətlərə təsir edəcəyini bildirib.
Buna münasibət bildirən Ə.Həsənov deyib:

«Biz Azərbaycan dövləti olaraq dəfələrlə bəyan etmişik ki, heç bir dövlətin xarici siyasətinə və daxili işlərinə qarışmırıq. Biz özümüz də arzu edirik ki, hansısa qurum bizim daxili işlərimizə qarışmasın.

İranla münasibətlərimiz bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə arxalanır. Eyni zamanda Azərbaycan ərazisindən, İrana və ya əksinə istifadə edilə bilməz».

Şöbə müdiri onu da vurğulayıb ki, rəsmi Bakı İsrailin Fələstinlə bağlı aksiyalarını dəfələrlə pisləyib.

Şimon Peresi Azərbaycana səfəri zamanı İsrail iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Azərbaycanın İsrail prezidentini səfərə dəvət etməsi ilə bağlı mediada məlumatlar dərc ediləndən bir müddət sonra İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Füruzabadi bildirib ki, İsrail prezidentinin Azərbaycana dəvət edilməsi İranla Azərbaycan arasında problemlər yaradacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG