Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

«Fətullayevin mükafat almasında qeyri-adi heç nə yoxdur»


Eynualla Fətullayev artıq iki ildir həbsdədir

Eynualla Fətullayev artıq iki ildir həbsdədir

İyunun 4-də Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyib.

«Amnesty International» təşkilatı Eynulla Fətullayevə təhlükədə olan jurnalist kimi mükafat verib.

Əli Həsənov isə deyir ki, bu, Fətullayevin həmin cəmiyyətdəki insanlara xidmət eləməsi ilə bağlıdır. Onun sözlərinə görə Azərbaycan hökuməti buna qeyri-adi hadisə kimi baxmır.

Əli Həsənov deyib ki, hökumət jurnalistlərin həbsdə olmasını istəməsə də, Eynulla Fətullayev Azərbaycan qanunvericiliyini pozub və buna görə də həbsdədir. Onun həbsi ilə bağlı məhkəmə qərarı var və hökumət bu məhkəmə qərarına hörmətlə yanaşır.

«Amnesty International» «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin təhlükədə olan jurnalist kimi mükafat verib. Londonda keçirilən mərasimdə insan haqları qrupu Azərbaycanı jurnalisti azad etməyə və ölkədə söz azadlığını boğmaya son qoymağa çağırıb.

Eynualla Fətullayev artıq iki ildir həbsdədir. O, terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və jurnalistə 8 il 6 ay həbs cəzası kəsilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Fətullayevi vicdan məhbusu hesab edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG