Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:24

Barak Obama müsəlman dünyasına müraciət edəcək


ABŞ prezidenti Barak Obama Qahirədə etdiyi çıxışı zamanı müsəlman dünyasına müraciət edəcək. O deyib ki, əvvəlki prezident Corc Buşun vaxtında pozulmuş əlaqələri yenidən bərpa etmək istəyir. Obama Yaxın Şərq turnesinə başlamazdan əvvəl bildirib ki, bir çıxışla Yaxın Şərqin bütün problemlərini həll eləmək olmaz. Odur ki, gözləntilərin də elə də yüksək olmamasını düşünür.

Ağ Ev məşvərətçiləri deyirlər ki, Ərəb-İsrail münqaişəsi 45 dəqiqəlik çıxışın əsas hissəsini təşkil edəcək. Çıxış zamanı həm də ABŞ-ın Əfqanıstan, Pakistan və İraqdakı əməliyyatları məsələsinə də toxunulacaq.

Barak Obama həmçinin İran və onun nüvə proqramı ilə bağlı məsələdən də danışacaq.
XS
SM
MD
LG