Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:08

Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşürlər


İyunun 4-ü Azərbaycan və Ermənistan prezidentləri-İlham Əliyevlə Serj Sarkisyanın Sankt-Peterburqda sayca 5-ci görüşü keçiriləcək. Rusiya prezidenti Dmitri Medvedevin köməkçisi Sergey Prixodko «İnterfaks» agentliyinə deyib ki, bu görüşdə Dağlıq Qarabağ məsələsi üzrə yeni razılaşmanın əldə olunması gözlənilmir.

Münaqişənin nizamlanmasının ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığını xatırladan diplomat rəsmi Moskvanın Qarabağ məsələsində prinsipial mövqeyinin dəyişmədiyini və Azərbaycanla Ermənistanı razı salan istənilən anlaşmaya tərəfdar olduğunu deyib

Əvvəlcə Medvedev İlham Əliyevlə, sonra Serj Sarkisyanla görüşəcək. Daha sonra Rusiya dövlət başçısı hər iki prezidentlə şam yeməyi edəcək.
XS
SM
MD
LG