Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Fransalı mütəxəssislər qara yeşiyin tapılacağına ümid eləmirlər


Braziliyada qəzaya düşmüş sərnişin təyyarəsinin axtarışı davam edir.

Fransa mülki aviasiya idarəsinin rəsmiləri təyyarədəki qara yeşiyin tapılacağına ümid eləmirlər.

İyunun 1-də Braziliyadan Fransaya uçan təyyarədə 32 ölkədən 228 sərnişin olub.

Onların əksəriyyəti Fransa və Braziliya vətəndaşlaırıdı.

Təyyarənin qalıqları Atlantik Okeanda-Braziliyanın 650 kilometrliyində aşkar olunub. Təyyarənin qalıqları təxminən 5 kilometrlik məsafəyə səpələnib.

Ekspertlər sərnişinlərin hamısının həlak olduğunu deyirlər.

Braziliya hökuməti ölkədə 3 günlük matəm elan edib.

Qəzanın şimşək çaxmasından baş verdiyi ehtimal olunur.

Amma hələlik dəqiq səbəb bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG