Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:47

Livan və Azərbaycan vətəndaşlarından ibarət qrupun məhkəməsi iyunun 10-da olacaq


İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunanların işiylə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə ötən həftə başlayan hazırlıq iclası iyunun 10-da davam etdiriləcək.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələriylə ittiham olunanların ikisi Livan, dördü isə Azərbaycan Respublikasının vətəndaşlarıdır. İttiham olunanlardan birinin - Vidadi Rəsulovun vəkili Vüqar Xasayev müdafiə etdiyi şəxsin bu məsələdə günahı olmadığını deyir.

Vəkil bildirir o ittiham edilən iki Livan və üç Azərbaycan vətəndaşı haqqında hər hansı fikir söyləmək səlahiyyətində deyil, amma müdafiə etdiyi Vidadi Rəsulov həbs edilənə qədər Neftçalada mollalıqla məşğul olub və o, sakit bir adam kimi tanınıb. Vəkil həm də iddia edir ki, saxlanılarkən Vidadi Rəsulovun avtomobilində tapılan narkotik maddədən o xəbərsiz olub və bu onun avtomobilinə başqaları tərəfindən atılıb.

«Vidadi Rəsulov 1994-95-ci illərdə İranda dini təhsil alıb, amma onun hansısa terrora cəhdə, narkotik maddə saxlamaqda günahı yoxdur. Ona qarşı bütün ittihamları əsasız sayıram».

İttiham olunanlardan ikisi - Kərək Əli Məhəmmədin, Nəcməddin Əli Hüseyn Livan, qalan 4 nəfər Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Azərbaycan vətəndaşlarıdırlar. Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportlarının olduğu bildirilir.

Mətbuatda gedən məlumatlara görə, adı çəkilən Livan vətəndaşları «Hizbullah» və «Sepah» kimi terror təşkilatlarının sifarişilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağı planlaşdırırmışlar. Onlarla birgə müttəhimlər kürsüsündə ittiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara yardımçı olmalı imişlər.
XS
SM
MD
LG