Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53

Qlobal Korrupsiya Barometri


Rəyi soruşulanların 68 faizi bütün siyasi partiyaları korrupsioner hesab edir

Rəyi soruşulanların 68 faizi bütün siyasi partiyaları korrupsioner hesab edir

«Sizin ölkədə ən çox hansı sahədə rüşvət var?» – bu sualla Transparency International təşkilatı 69 ölkədə, o cümlədən Azərbaycanda sorğu keçirib.

Azərbaycanda sıravi sakinlərin bu suala cavabları:

İctimai rəsmilər/Dövlət idarələri49%
Ədliyyə sistemi29%
Biznes/Özəl sektor16%
Parlament/Qanunvericilik sistemi4%
Siyasi partiyalar1%
Media1%

Başqa sual belə olub ki, «Hansı qurumu rüşvətə nə dərəcədə qurşanmış hesab edirsiniz?»
Cavab kimi qiymətləndirmə təklif olunub - 1-dən 5-ə kimi. 1 - ən az korrupsiyalaşıb, 5 - ifrat dərəcədə korrupsiyalaşıb.

Azərbaycandakı cavablar:

Ədliyyə Sistemi4
İctimai rəsmilər/Dövlət idarələri3.9
Biznes/Özəl sektor3.4
Parlament/Qanunvericilik sistemi2.8
Siyasi partiyalar2.8
Media2.7

Başqa sual: «Sizin ailədən elə şəxs varmı ki, son 12 ayda rüşvət vermiş olsun?»
Bu suala ölkələr üzrə respondentlərin verdiyi «hə» cavabları:

Sorğuda soruşulub ki, «Sizin hökumətin korrupsiya ilə mübarizədə atdığı addımlar səmərəlidirmi?»

Azərbaycandakı cavablar:

Səmərəsizdir62%
Səmərəlidir14%
Nə ondandır, nə bundan23%

Sinqapurda rəyi soruşulanların 96 faizi deyib ki, hökumətin korrupsiya ilə mübarizəsi səmərəlidir.
Küveytdə hökumət siyasətini səmərəli hesab eləyənlər 68 faizdir.

Transparency International təşkilatının 2009 Qlobal Korrupsiya Barometri adlı yeni hesabatı bütün bu suallara 69 ölkədə 73 min adamın cavabları əsasında belə nəticəyə gəlir ki, qlobal iqtisadi böhran şəraitində rüşvət kasıblara ikiqat zərbə vurur.

Korrupsiya problemi sıravi vətəndaşın ən vacib hesab elədiyi problemlərdən biridir. Honq-Konqda, Kambocada, Liberiyada respondentlər deyiblər ki, rüşvət verməyən şirkətləri mükafatlandırmaq mümkün olsaydı, onlar bu şirkətlərin mallarını hətta bir az baha almağa razı olardılar.

Rüşvət Barometri hesabatı göstərir ki, hökumətlərin rüşvətlə mübarizəsini hər 10 nəfərdən yalnız 3-ü bəyənir.

Hesabatda bir maraqlı məqam da var. Dünya üzrə rəyi soruşulanların 29 faizi deyib ki, bütün rüşvətin kökü hakimiyyətdə olan siyasi partiyalardadır.

Rəyi soruşulanların 68 faizi isə ümumiyyətlə bütün siyasi partiyaları korrupsioner hesab edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG