Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:04

Elmar Məmmədyarov: «İranın son bəyanatları sual doğurur»


«İranın son bəyanatları sual doğurur. Əfsuslar olsun ki, bu bəyanatlar həm də İranın hərbi qüvvələrindən gəlir».

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu fkirləri İran Silahlı Qüvələri Baş Qərargahının rəisi Həsən Füruzabadinin İsrail prezidentinin Bakıya gözlənilən səfəri ilə bağlı bəyanatı barədə «Turan»ın sualına cavab verərkən deyib.

Nazir bildirib ki, Ermənistan rəhbərinin və ya yüksək vəzifəli şəxslərinin İrana səfərlərini Azərbaycan müzakirə etmir və mövqe bildirmir:

«Azərbaycan başqa ölkələrin xarici işlərinə qarışmır və digər ölkələrin də Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməyəcək. Azərbaycan öz milli maraqlarına uyğun xarici siyasətini aparır».

Azərbaycanın İsrail prezidentini səfərə dəvət etməsi ilə bağlı mediada məlumatlar dərc ediləndən bir müddət sonra İran Silahlı Qüvələri Baş Qərargahının rəisi Həsən Füruzabadi bildirib ki, İsrail prezidentinin Azərbaycana dəvət edilməsi İranla Azərbaycan arasında problemlər yaradacaq.
XS
SM
MD
LG