Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:32

«Azərbaycanla Türkiyə arasında «Nabucco»ya görə fikir ayrılığının olacağını gözləmirəm»


«Azərbaycan və Türkiyə arasında «Nabucco» layihəsinə görə fikir ayrılıqlarının olacağını gözləmirəm. Çünki iki qardaş ölkənin hər zaman müəyyən bir nöqtədə görüşüb razılaşacağına inanıram».

Bunu «Azadlıq» radiosuna Türkiyənin «BOTAŞ» şirkətinin müşaviri Əli İhsan Koku deyib.

«Başlanğıcda «Nabucco»nun reallaşacağı gözlənilmirdi. Amma indi vəziyyət dəyişib, sadəcə layihə bir az uzanır».

Ə.Koku deyib ki, «Nabucco» layihəsi reallaşana qədər istifadəçi və istehsalçı ölkələr arasında qazın qiymətinin danışılaraq razılaşdırılması, bir formula bağlanması lazımdır. «BOTAŞ» rəsmisi hesab edir ki, hələ bu mərhələyə başlanılmayıb.

Ə.Koku «BOTAŞ»la Azərbaycan arasında mövcud razılaşmada qaz qiymətlərinin fərqli olduğunu da deyib:

«Azərbaycanla Türkiyə arasındakı fərqli münasibətlərə görə BOTAŞ Azərbaycandan qazı aşağı qiymətlə alır. Son zamanlar qazın qiymətinin dəyişdiriləcəyi deyilir, amma hansı şəkildə olacağı, bunun daha çox siyasi mövzu olduğunu düşünürəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG