Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:40

Müsavat fəallarının etiraz aksiyası baş tutdu


İran səfirliyi yaxınlığında aksiya
İran səfirliyi yaxınlığında aksiya
İyunun 2-də Müsavat partiyasının fəalları İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək istəyiblər. Onlar İranda azərbaycanlıların hüquqlarının pozulmasına etiraz edirlər.

«Azadlıq» radiosunun müxbirinin verdiyi məlumata görə ətrafda olan polis aksiyanın səfirlik qarşısında keçirilməsinə imkan verməyib. Polislə danışıqdan sonra Müsavat fəalları aksiyalarını yaxınlıqdakı Axundov bağında keçiriblər.

Partiyanın Mərkəzi İcra Aparatı rəhbəri Arif Hacılı çıxış edib. O, İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulduğunu, mili haqların təmin edilmədiyini deyib. Bildirib ki, Azərbaycan müxalifəti öz haqları uğrunda mübarizədə İran azərbaycanlılarına daim dəstək verəcəklər.

Polis aksiya iştirakçılarının şüarlar səsləndirməsinə və plakatlar qaldırmasına imkan verməyib. İştirakçıların əllərində tutduqları plakatlar yığışdırılıb.

Yalnız iki Müsavat fəalına piketin qətnaməsini səfirliyə təqdim etməyə icazə verilib.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının bu günə planlaşdırdığı piketə nə icazə verib, nə də aksiyanı qadağan edib. Müsavatın Mərkəzi İcra Aparatı rəhbəri Arif Hacılının sözlərinə görə, partiyaya daxil olan rəsmi cavab məktubunda bildirilib ki, piketlə bağlı xəbərdarlıq meriyaya mayın 29-da çatdığından ona baxılmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG