Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08

Air France təyyarəsinin axtarışı davam edir


Braziliya, Fransa və başqa ölklərdən olan təyyarələr Air France şirkətinə məxsus olan olan təyyarənin axtarışını davam etdirirlər.

Braziliyadan Fransaya uçan Airbus A 330 təyyarəsi iyunun 1-I səhər Atlantik Okenaı üzərində radarlardan itib. Air France şirkətinə məxsus olan olan təyyarə Rio de Janeyrodan Parisə uçurdu. Təyyarədə 32 ölkədən olan azı 228 nəfər olub.

Braziliya və Fransa hava yollarından verilən məlumata görə, təyyarə Rio De Janeyrodan havaya qalxandan bir müddət sonra radardan qeyb olub. Hava yolları rəsmiləri deyirlər ki, təyyarənin itməsinə səbəb onu ildırım vurması da ola bilər, lakin tam səbəb hələ məlum deyil.

Fransa prezidenti Nikola Sarkozi deyib ki, təyyarənin tapılması şansı azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG