Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:44

Prezident Gürcüstanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


Prezident İlham Əliyev iyunun 1-də Gürcüstanın baş naziri Nika Qilaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında energetika sahəsində mövcud əməkdaşlıq və iyunun 2-də Bakıda keçiriləcək XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının əhəmiyyəti müzakirə edilib.

İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi və energetika sahəsində uğurla inkişaf etdiyini deyib, Gürcüstanın baş nazirinin Azərbaycana bu səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG