Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:09

Yusif Bəkirov: «Nazirlik 7 min uşağı küçələrə atıb»


Gəncədə qaçqın uşaq, 31 yanvar 2009
Gəncədə qaçqın uşaq, 31 yanvar 2009
«Təhsil Nazirliyi 7 mindən çox uşağı küçələrə atıb».

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. Onun sözlərinə görə, dövlət internatda uşağa ayda təxminən 200-300 manat xərcləyir:

«Əslində, internatların ləğvində məqsəd də bu qurumlara verilən pulu uşaqların ailəsinə verməkdir. Hökumət ailəyə bu pulu verəndə ondan uşağa baxmağı da tələb edir. Amma bizdə bu işlə, internatların ləğviylə, uşqaların öz ailələrinə qaytarılması proqramı ilə Təhsil Nazirliyi məşğuldur. 2006-cı ildə internatlarda 18664 uşaq vardı. İndi 11330 uşaq var. Nazirlik 7 min uşağı inernatdan qovub. İndi bu uşaqlar hardadır? Küçələrdədir, yolçuluq edirlər».

Y.Bəkirov deyir ki, hökumət internatı ləğv etsə də, heç bir ailəyə soisal yardım etmir:

«Hökumət deyir ki, uşağı götür get. Belə proqram həyata keçirmək düz deyil. İnternatı bağlayır, uşaqları küçələrə göndərir, beynəlxalq qurumlara da hesabat verir ki, proqram yerinə yetirildi. Problem belə həll olunmur».

Ombudsman Aparatının uşaq hüquqları üzrə müşaviri Zaur Camalov da küçə uşaqları ilə bağlı problemlərin olduğunu etiraf edir:

«Bu da iqtisadi problemlərdən irəli gəlir. Bu istiqamətdə işlər görülür. Çətinliklər var. Biz bu yöndə monitorinq aparır və vaxtaşırı nazirliyə tövsiyələrimizi veririk».

Z.Camalov da etiraf edir ki, Azərbaycandakı qanun və proqramlar mükəmməldir, sadəcə, həyata keçirilməsində problemlər yaranır.

Şərhinizi yazın.
XS
SM
MD
LG