Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:41

Sabirabadda elektrikdən mal-qara tələf olub


«Azadlıq» radiosunun «Qaynar xətt» verilişinə Sabirabad rayon Moranlı kəndindən şikayət göndərilib. Şikayətçi Zülfü Mansurov deyir ki, iyunun 1-i gündüz saatlarında Moranlı kəndinin mərkəzindən keçən yüksək gərginlikli elektrik naqili qırılaraq yerə düşüb. Nəticədə yaxınlıqda oynayan uşaqlardan bir neçəsini elektrik cərəyanı vurub:

- Xoşbəxtlikdən insan ölümü olmadı. Ancaq 5-10 mal-qara tələf olub. Rayon İşıq İdarəsinə, icra hakimiyyətinə şikayət etsək də, gəlib maraqlanan yoxdur.

Sabirabad rayon İşıq İdarəsindən isə Moranlı kəndində baş verən qəza ilə maraqlanacaqlarını deyirlər. İdarədən adının çəkilməsini istəməyən əməkdaş dedi ki, onların bu olaydan xəbərləri yoxdur. Ancaq tezliklə qəzanın aradan qaldırılmasına çalışacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG