Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21

İsa Qəmbər «Hakimiyyətə gəlmək başlıca məqsədimiz deyil»


«Hakimiyyət imitasiya sistemi yaradıb»

«Hakimiyyət imitasiya sistemi yaradıb»

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- İsa bəy, bu il referendum yolu ilə Konstitusiyaya dəyişiklik edildi. Artıq bir şəxs iki dəfə deyil, istədiyi qədər prezident seçilə bilər. Bəzi təhlilçilərə görə, bu hal ölkədə tendensiya yaradıb. Artıq «Ombudsman haqqında» qanuna da oxşar dəyişiklik edilib. Yəni yuxarıdan başlayan bu proses aşağılara da keçib. Bütün bunlardan sonra müxalifətin, konkret desək, Müsavat Partiyasının hakimiyyət iddiası qalır yoxsa bu məqsəd ölüb?

- Əvvəla, Müsavatın yeganə və başlıca məqsədi hakimiyyətə gəlmək deyil. Müsavatın başlıca məqsədi Azərbaycanın müstəqilliyi, demokratiyanın inkişafı və xalqın çağdaş dünyanın bütün dəyərlərindən yüksək səviyyədə yararlanmasıdır. İkincisi, Əliyev üsul-idarəsi demokratiyaya qarşı bir üsul-idarədir. Bu üsul-idarə demokratik prosedurlardan yorulur, əsəbiləşir. Seçkilərə formal bir məsələ kimi baxırlar, kiminsə vaxtı çatanda onun yerinə başqa sözə baxan bir adam tapmaqdansa, onun ömrünü uzatmağa üstünlük verirlər. Təbi ki, bütün bunlar Müsavatı mübarizədən çəkindirə bilməz. Əliyevlər üsul-idarəsi Azərbaycanı orta əsirlərə çəkdikcə, biz də vəziyyətin dəyişməsi istiqamətində səylərimizi artırmağa çalışırıq.

- İsa bəy, yeri gəlmişkən, vəziyyətin dəyişmə yollarını necə görürsünüz? Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Bəzi yerli təhlilçilər düşünürlər ki, müxalifət əvvəlki illərlə müqayisədə daha zəifdir.

- Biz müxalifətin zəifləməsi ilə bağlı deyilən nağılları həmişə eşidirik. 2005-ci ildə deyirdilər ki, müxalifət 2003-cü il repressiyalarından sonra bir qədər də zəifləyib. Ancaq əslində biz 2005-ci il parlament seçkilərini də udmuşduq. Təbii ki, hakimiyyətin azad və ədalətli seçkilər üçün gərəkən iradəsi yoxdur. Ancaq başlıca problem odur ki, cəmiyyət də bu iradəni göstərə bilmir. Bizim məqsədimiz təkcə seçkilərdə udmaq yox, həm də cəmiyyətin özünə inamını bərpa etmək, onun fəallığını artırmaqdır.

- Belə fikirlər var ki, müxalifət baş verən proseslərə adekvat reaksiya verə bilmir. Daha çox hadisələrin ardınca gedir. Belə olan halda əhalinin fəallığını artırmaq mümkündürmü? İqtisadi böhrandan əvvəl Azərbaycanda kəskin qiymət artımı müşahidə edilirdi. Hökumət bunu dünyada gedən proseslərlə izah edirdi. Ancaq indi dünyada qiymətlər düşsə də, bu, özünü Azərbaycanda göstərmir. Bəziləri düşünürlər ki, müxalifət nə hökumətin qiymət siyasətinə, nə Neft Akademiyası və nə də Qaraheybət Təlim Mərkəzindəki xoşagəlməz olaylara adekvat reaksiya bildirə bildi. Onda necə əhalinin fəallığını artırmaq olar?

- Müsavat bütün məsələlərə adekvat münasibət bildirir. 2007-ci ildə qiymətlər kəskin qaldırılanda Müsavat mitinqlər keçirdi. Ancaq cəmiyyət bu aksiyalara adekvat reaksiya vermədi və biz də adekvat reaksiya olmayanda aksiyaları dayandırdıq. Eləcə də Neft Akademiyasında, Təlim Mərkəzində baş verən hadisələrə də dəqiq və prinsipial qiymət vermişik. Demək biz kompleks fəaliyyət göstərməliyik. Cəmiyyəti fəallaşdırdığımız kimi, cəmiyyətin institutlarını da fəallaşdırmalı,onların mahiyyətlərinə uyğun fəaliyyət göstərmələrinə çalışmalıyıq. Hakimiyyət imitasiya sistemi yaradıb.

- Belə fikirlər var ki, müxalifət də imitasiya ilə məşğuldur. Yəni söhbət bəyanatdan, müsahibədən getmir. Bəzilərinə görə, müxalifət baş verənlərə fəal və kütləvi reaksiya bildirə bilmir.

- Siz dediyiniz istiqamətlərdə də addımlar atılır. Ən çox piket, nümayiş keçirən Müsavat Partiyasıdır. Biz elə yaxın günlərdə İran səfirliyi qarşısında piket keçirmək niyyətindəyik. Biz yaxın illərdə ölkədə vəziyyəti dəyişmək niyyətindəyik. Həm ölkə daxilində gedən proseslər, həm də regional amillər bunu qaçılmaz edir.

Şərhinizi yazın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG