Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:19

General Motors müflislik prosedurlarına başladı


Bu gün General Motors Avtomobil Konserni bankrotluq- müflisləşmə prosedurlarına başlanması üçün Nyu York məhkəməsinə müraciət eləyib. Bununla da General Motors ABŞ tarixində müflis olan ən iri sənayə şirkəti olacaq.

ABŞ prezidentinin icra aparatına istinadən yaxılan xəbərlərə əsasən, Amerika hökuməti bankrot olan şirkəti milliləşdirəcək. ABş hökuməti General Motorsun səhmlərinin 60 faizi müqabilində 50 milyard dollar maliyyə yardımı eləyəcək. Şirkətin səhmlərinin 12 faizini Kanada hökuməti 9.5 milyard dollara almağı planlaşdırır. 17.5 faizlik səhm paketi isə General Motors işçilərinin pensiyalarını ödəyəcək pensiya fondlarının əlinə keçəcək.

ABŞ hökuməti General Motorsa hökumət yardımları qarşılığında böhrandan çıxış planını təqdim eləmək üçün iyunun 1-nə kimi vaxt vermişdi.

General Motors Konserni Kadillak, Şevrole, Hammer, Pontiak, Saab, Opel kimi avtomobil markalarını birləşdirirdi.

2 gün öncə General Motors Opel brendini Kanadanın Maqna şirkətinə satmışdı və Opel də konsernlə birgə müflis olmaqdan qurutulmuşdu.
XS
SM
MD
LG