Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:11

Yerevanda mer seçkiləri


Yerevanda mer seçkiləri. 31 may, 2009
Yerevanda mer seçkiləri. 31 may, 2009
Ermənistan 1991-ci ildə müstəqil olandan bəri ilk dəfə olaraq Yerevan sakinləri mayın 31-də mer və şəhər şurası, yəni Ağsaqqallar Şurasını seçir. 2005-ci ildə qəbul edilmiş konstitusiya düzəlişinə görə ağsaqqal seçkisi partiya siyahısıyla, yəni proporsional sistemlə keçirilir. Bu isə o deməkdir ki, mübarizə ayrı-ayrı siyasətçilərin deyil, siyasi qüvvələrin arasında gedir.
İndiki Yerevan meri Qarik Beqlarian deyir ki «mənim gözləntim çox yüksəkdir»


Martın 22-də seçkilərdə iştirak üçün sənəd qəbulu başa çatanda məlum oldu ki, mer kürsüsü uğrunda 7 siyasi qüvvə mübarizə aparacaq. Bunların 6-sı partiya, biri isə müxalifətin formalaşdırdığı koalisiyadır. Ümumilikdə Ağsaqqallar Şurasının 65 yerinə 600-dən artıq namizəd iddialıdır.

Onlar bələdiyyədə iştirak üçün səslərin 7 ya 9 faizini toplamalıdırlar. 40 faizdən çox səs yığan partiya isə avtomatik olaraq öz əsas namizədini mer kimi görəcək.

Rəy sorğusu göstərib ki, əvvəlki mer, Ermənistan Respublika partiyasından olan Qaqik Beqlarian irəlidədir.

Lakin əsas müxalif Ermənistan Milli Konqres partiyası hələ də ümid edir ki, onun lideri mer olmaq üçün lazım olan səsi yığacaq. Bu partiyanın lideri keçmiş prezident Levon Ter-Petrosyandır.

Prezident Serk Sarkisyan jurnalistlərin suallarından yayınıb
Səsvermədən əvvəl Ter-Petrosyanın tərəfdarları narahat idilər ki, hakimiyyət seçkinin azad və ədalətli olacağını iddia eləsə də pozuntuya yol verəcək.

Öz səsini verdikdən sonra Qarik Beqlarian isə belə deyib:

«Bu seçki hər bir Yerevan sakini üçün çox vacibdir və mənim gözləntim çox yüksəkdir. Qoy seçki azad və ədalətli olsun».

Prezident Serk Sarkisyan jurnalistlərin suallarından yayınıb və deyib ki, bu gün sakitlik günüdür.
Ter-Petrosyan və onun tərəfdarları hakimiyyəti seçkini saxtalaşdırmaqda ittiham edirdilər


«Azadlıq» radiosunun erməni xidmətinin verdiyi məlumat görə bu gün yüzlərlə yerli hakimiyyət rəsmiləri və başqa rəsmilər Gümrü və Vanadzor kimi ikinci böyük şəhərlərdən kiçik avtobuslar və maşınlarla paytaxta gətiriliblər.

Hakimiyyət Respublika partiyasının qalibiyyətinə dəstək olmağa çağırıb. Lakin belə bir şübhələr gəzir ki, onlar seçkidə iştirak edənlərə ödəniş ediblər və ya möhkəm tapşırıq veriblər.

Beynəlxalq ictimaiyyət seçkini monitorinq edir və Ermənistanın götürdüyü öhdəliklərə əməl edib-etməyəcəyini yoxlayırlar. Ölkədə Avropa Şurası və Avropa Birliyindən olan müşahidəçilər var.

Yerevanda da «karusel». Seçiciləri Gümrüdən paytaxta daşıyan avtobuslar
Bu səsvermə 2008-ci ilin fevralında prezident seçkilərindən sonra baş verənlərin təkrar oluna biləcəyi qorxusu yaratmışdı.
Həmin vaxt polis və müxalifət tərəfdarları arasında yaşanmış toqquşmada 10 nəfər ölmüşdü.

Ter-Petrosyan və onun tərəfdarları hakimiyyəti seçkini saxtalaşdırmaqda ittiham edirdilər.

Bugünkü seçkinin ilkin nəticələrinin seçkidən sonra 24 saat ərzində bəlli olacağı gözlənilir. Tam nəticələr isə 7 gündən elan ediləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG