Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Böyük inflyasiya qorxusu doğurdanmı əsaslıdır?


Bəziləri iddia edirlər ki, Federal Ehtiyatlar çoxlu pul çap edir və bu da inflyasiya səbəbi ola bilər

Bəziləri iddia edirlər ki, Federal Ehtiyatlar çoxlu pul çap edir və bu da inflyasiya səbəbi ola bilər

Birdən birə adama bəzən elə gəlir ki, hər kəs inflyasiyadan danışır. Sərt köşə yazıları hiper-inflyasiyanın qapının kandarında olması barədə xəbərdarlıq edirlər. Ola bilsin ki, bazarlarda bu xəbərdarlığı ciddiyə alırlar. Bəs görəsən bu böyük inflyasiya qorxusu doğurdanmı əsaslıdır?

Əslində yox. Mənim şübhələrim deyir ki, bu təlaş daha çox siyasətlə bağlıdır, nəinki iqtisadiyyatla.
«New-York Times»da dərc olunmuş Paul Kraqmanın «Böyük inflyasiya qorxusu» adlı yazısında belə deyilir.

Birinci bilmək lazımdır ki, indi iqtisadiyyatda inflyasiya təzyiqinə heç ehkam da vurulmur. İstehlak qiymətləri bir il əvvəl olduğundan daha aşağıdır, əmək haqqı artımı da yüksək işsizlik adı altında dayanıb. Hazırkı təhlükə inflyasiya yox deflyasiyadır.

Əgər qiymətlər qalxmırsa inflyasiya qorxusu haradan gəlir? Bəziləri iddia edirlər ki, Federal Ehtiyatlar çoxlu pul çap edir və bu da inflyasiya səbəbi ola bilər. Bir başqaları da deyirlər ki, büdcə kəsiri ABŞ hökumətinin borclarının artmasına gətirib çıxaracaq. Birinci iddia səhvdir, ikincisi isə bəlkə özünü doğrultdu, amma buna da həqiqət demək olmaz. Burası doğrudur ki, Federal Ehtiyatlar Bürosu son vaxtlar xeyli iş görüb. O, həm hökumətdən, həm də özəl sektordan çoxlu borc alıb və bu aldıqlarının bankları əlavə ehtiyatlarla kreditləşdirməklə ödəyir. Adi vaxtlar bu böyük inflyasiya səbəb ola bilərdi. Təsəvvür edin, banklar, ehtiyat axını istiqrazları artıra bilərdi, bununla tələb yüksələ və qiymətlər arta bilərdi.

Lakin indi adi vaxt deyil. Banklar əlavə ehtiyatları borc verməyə yönəltmirlər, onlar həmin ehtiyatları saxlayırlar. Nəticədə də pulu düz Federal Ehtiyatlara geri göndərirlər. Beləliklə də Federal Ehtiyatların əlavə pul çap etməyə ehtiyacı qalmır.

Amma yenə də, bu cür sistem gec ya tez inflyasiyaya səbəb ola bilməzmi?

Yox. Elə bizim kimi iqtisadi çətinliklərlə üzləşmiş Bank of Japan, 1997 və 2003-cü illərdə böyük məbləğdə borc almışdı. Nəticədə də istehlakçı qiymətləri düşdü.
İndiki inflyasiya müzakirələri «Böyük depressiya»nın ilk illərində olanları xatırladır. Həmin illər də bir çox nüfuzlu adamlar qiymətlər öz yerini tutsa belə narahatçılıq keçirirdilər. O vaxt Britaniya iqtisadçısı Ralf Hotri belə yazırdı: «İşsizlik və depressiya artıq yatandan sonra inflyasiya daha təhlükəli olur».
İqtisadiyyat dirçələndən sonra inflyasiyanın ola bilmə təhlükəsi varmı? Bəziləri iddia edirlər ki, Federal borc ümumi daxili məsulun 100 faizindən də yuxarı qalxa bilər və Amerikanın borcu arta bilər.

Keçmişdə belə şeylər olub. Məsələn Fransa Birinci Dünya müharibəsində vuruşanda aldığı borclar artmışdı.

Lakin bunun daha müasir modeli yoxdur son 20 ildə Belçika, Kanada və Yaponiyada borcun ümumi daxili məhsulun 100 faizini keçməsi halları olub. Elə ABŞ özü İkinci Dünya müharibəsindən ümumi daxili məhsulun 120 faizini keçən borcla çıxmışdı. Amma bu halların heç birində hökumət problemi həll eləmək üçün inflyasiyaya müraciət eləməmişdi.

Beləliklə də inflyasiyanın yenidən gələcəyi ilə bağlı fikirləşməyə dəyərmi?

Bəzi iqtisadçılar iddia edirlər ki, orta səviyyəli inflyasiya qəsdən törədilən siyasi bir amildir. Onların sözlərinə görə bunu ona görə edirlər ki, borc verilsin və özəl borc yükü azalsın. Mən bu arqumentlərə inanıram. Belə hal 1990-cı il Yaponiyada da olub. Lakin o vaxtkı yapon siyasətçiləri heç də inflyasiya ilə uğur qazanmamışdırlar. İndiki ABŞ siyasətçilərindən fərqli olaraq.

Bütün bunlar belə sual oyadır. Əgər inflyasiya real təhlükə deyilsə, niyə onu real təhlükə kimi təqdim edirlər?

Sizin də hiss etdiyiniz kimi iqtisadçılar bu fikirlər heç də razılaşmırlar. Onların bu cür fikir ayrılığı da bu gün yaşadığımız kimi qəribə zamanlarda meydana çıxır. Çünki belə anlarda normal qayda-qanunlar işə yaramırlar.
Amma yenə də bundan qaçmaq olmaz ki, bugünkü inflyasiya qorxusu ticarəti qismən siyasidir. Bu daha çox vergi kəsirinin yaratdığı defisitlə əlaqələri olmayan iqtisadçıların yaratdığı bir fikirdir. Hökumət iqtisadiyyatı dirçəltmək üçün pul xərcləməyə başlayanda isə onlar deyinməyə başlayırlar. Onların məqsədi Obama administrasiyasını qorxutmaqdan və iqtisadi dirçəltmədən onları yayındırmaq məqsədindən ibarətdir.

Bunu demək artıq olardı, amma prezident ona hədə-qorxu gəlinmısinə imkan yaratmamalıdır. İqtisadiyyat çətin vəziyyətdədir və ona kömək lazımdır. Düzdür, bizim uzunmüddətli büdcə problemimiz var və biz ona uzunmüddətli həll üçün şərait yaratmalıyıq. Lakin inflyasiyaya gəlincə isə bizim qorxmalı olduğumuz elə ancaq inflyasiya qorxusunun özüdür.

«New-York Times»da dərc olunmuş Paul Kraqmanın «Böyük inflyasiya qorxusu» adlı yazısında belə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG