Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:00

Pakistan rəsmiləri 40 talibançının öldürüldüyünü deyirlər


Pakistanın şimal-qərbində, Əfqanıstan sərhəddinin yaxınlığında hökumət qoşunlarıyla talibançılar arasında silahlı toqquşma olub.

Hakim dairələr 40 yaraqlı və 4 əsgərin öldüyünü xəbər verir.

Bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təstiqlənməyib.

Məlumatlara görə talibançılar Cənubi Vəziristanda hökumət qoşunlarının bazasına hücum ediblər.

Döyüş 8 saat çəkib.

Pakistan rəsmiləri bundan əvəl Svat vadisində talibançılara qarşı aparılan hərbi əməliyyatların 2-3 günə başa çatdırılacağını bəyan etmişdilər.
XS
SM
MD
LG