Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

Pakistanda talibançılarla döyüş 2-3 günə bitə bilər


Pakistan rəsmiləri hesab edir ki, Svat vadisində talibançılara araşı aparılan hərbi əməliyyatlar 2-3 günə başa çatdırıla bilər.

Pakistanın müdafiə naziri Seyid Athar Əlinin sözlərinə görə cəmi 5-10 faiz iş qalıb və rəsmilər hesab edir ki, yaxın 2-3 gün ərzində talibançıların vadidəki son müqavimət nöqtələri təmizlənəcək.

Pakistan ordusu dünən vadidəki Mingora şəhərinin ələ keçirildiyini xəbər vermişdi.

Hökumət qoşunları artıq bir aydır ki, Svat vadisi və ətraf ərazilərdə talibançılara qarşı irimiqyaslı hərbi əməliyyatlar aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG