Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Əgər İran prezidenti seçilsəm qadınların haqlarına yenidən baxacam


İranda prezidentliyə namizəd Mir Hüseyin Musavi vəd edib ki,əgər prezident seçilsə qadınları ayrı-seçkiliyə məruz qoyan qanunlara yenidən baxacaq.

Frans Press agentliyinin məlumatına görə Musavi bunu seçkiqabağı kampaniyada çıxışında deyib.

Musavi həmçinin qeyd edib ki, əgər qələb çalsa küçələrdən polis patrulunu yığışdıracaq.

Musavinin namizədliyini islahatlar tərəfdarı- keçmiş prezident Məhəmməd Xatəmi dəstəkləyir.

O indiki prezident Mahmud Əhmədinejadın əsas rəqibi hesab olunur.

İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG