Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:31

Yerevanda mer seçkiləri keçirilir


Yerevanda mer və şəhər şurasına seçkilər keçirilir.

Şuraya seçki partiya siyahısıyla, yəni proporsional sistemlə keçirilir.

Belə ki, mübarizə ayrı-ayrı siyasətçilərin yox, siyasi qüvvələrin arasında gedir.

Merlik uğrunda 7 siyasi qüvvə mübarizə aparır.

Şəhər Şurasının 60 üzvü olacaq və burda əksəriyyət təşkil edən tərəfin namizədi birbaşa mer olacaq.

Əksəriyyət olmsa isə meri şura üzvləri seçəcək.

Merlik uğrunda əsas mübarizənin keçmiş prezident və müxalifətdə olan Ermənistan Milli Konqresinin namizədi Levon Ter Petrosyanla, hakim partiyanın dəstəklədiyi hazırkı mer Garik Beqlaryan arasında olacağı gözlənilir.

Artıq bir sıra kütləvi informasiya vasitələri seçkidə kütləvi pozuntular olduğunu xəbər verirlər.

Belə ki, təkrar səsvermə halları baş verib, seçkini müşahidə edən bir qrup jurnalist döyülüb.

Bu 1991-ci ildən bu yana Ermənistanda keçirilən ilk mer seçkisidir.
İndiyədək meri prezident təyin edirdi.
XS
SM
MD
LG