Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Dünya liderləri Şimali Koreyanı nüvə proqramına son qoymağa çağırırlar


Rusiya prezidenti Dimitri Medvedevlə Yaponiyanın baş naziri Taro Aso telefonla yaranmış vəziyyəti müzakirə ediblər.

Liderlər hesab edirlər ki, beynəlxalq aləm Şimali Koreyanın son addımlarına kəskin reaksiya verməlidir.

Həmçinin Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts bundan əvvəl bəyan edib ki, Vaşinqton Şimali Koreyanın nüvə dövlətinə çevirilməsini qəbul etməyəcək.

Ötən bazar ertəsi Şimali Koreyanın ikinci nüvə sınağını keçirməsi və 1953-cü ildə Koreya yarmadasında müharibəyə son qoymuş müqavilədən imtina eləməsi regionda gərginliyi daha da artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG