Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:31

Həmsədrlər Sarkisyanla görüşüblər


Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

ANS PRESS-in məlumatına görə danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 4-də Sankt-Peterburqda nəzərdə tutulan görüşünə hazırlıq məsələsi müzakirə olunub.

Bundan əvvəl həmsədrlər xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Prezident Sarkisyanla müzakirələrdən sonra həmsədrlərin yenidən xarici işlər naziriylə görüşü nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG